Məhkəmə prezident seçkilərinin nəticəsini TƏSDİQLƏDİ
AzVision.az xəbər verir ki, iclasda məruzəçi hakimlər prezident seçkilərinin nəticələri ilə bağlı çıxış ediblər. Daha sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki prosesi barədə danışıb.
Sonra Dövlət Statistika Komitəsinin əməkdaşları məruzə ilə çıxış edərək seçki komissiyalarında səslərin hesablanması zamanı heç bir qeyri-dəqiqliyə yol verilmədiyini vurğulayıblar.
Çıxışlardan sonra plenum fasiləyə ayrıldı.
Fasilədən sonra KM sədri Fərhad Adbullayev çıxış edərək nəticələri açıqlayıb və Konstitusiya Məhkəməsi Plenumu prezident seçkisinin nəticələrini təsdiq edib. F.Abdullayev bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.
Qeyd edək ki, oktyabrın 9-da keçirilmiş Prezident seçkilərində İlham Əliyev 84,54 faiz (3 126 113 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəlib.