Gülər Əhmədova məhkəmədə iştirak edəcək - AÇIQLAMA

Gülər Əhmədova məhkəmədə iştirak edəcək - AÇIQLAMA
  21 Oktyabr 2013    Oxunub:1164
Sabiq millət vəkili Gülər Əhmədova özü bu gün keçiriləcək məhkəmə prosesində iştirak edəcək.
Bu barədə AzVision.az-a açıqlamasında həbsdə olan eks-deputatın vəkili Raqif Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda məhkəməyə hazırlıq işləri aparılır. Proses Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə həyata keçiriləcək.

Qeyd edək ki, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Nihadə EYYUBOVA



Teqlər:  





Xəbər lenti