Orxan Zeynalovun atası Prezidentdən kömək istədi - AÇIQLAMA

Orxan Zeynalovun atası Prezidentdən kömək istədi - AÇIQLAMA
  21 Oktyabr 2013    Oxunub:1159
Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun ailəsi prezident İlham Əliyevdən kömək istəyib.
AzVision.az-a açıqlamasında O.Zeynalovun atası Zahid Zeynalov oğlunun azad olunması üçün prezidentin köməyinə güvəndiklərini bildirib.

“Cənab Prezidentimiz sağ olsun, onlar nə lazımdır edirlər və edəcəklər. Prezidentimizə köməyinə görə təşəkkürümü bildirirəm. İnanırıq ki, dövlətimiz bu məsələdə sonadək bizə dəstək olacaq”-deyə, Z.Zeynalov qeyd edib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov 25 yaşlı Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə ittiham olunaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Sevinc İLTİFATQIZI



Teqlər:  





Xəbər lenti