Millət vəkilləri Türkiyəyə gedir
Oktyabrın 23-də deputat Asəf Hacıyev IV Beynəlxalq Qara Dəniz İqtisadi Forumunda iştirak etmək üçün Ukraynanın Yalta şəhərinə yola düşəcək. Toplantıda regionun makroiqtisadi vəziyyəti, gələcək inkişaf perspektivləri, Qara dəniz bölgəsinin qazla təminatı və digər məsələlər müzakirə olunacaq.
Oktyabrın 26-da Asəf Hacıyev QDİƏT Parlament Məclisinin xətti ilə Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Gürcüstanın paytaxtı Tbilisidə olacaq. Deputatımız burada seçki prosesini yaxından izləyəcək.
Səfər oktyabrın 28-də başa çatacaq.