2035 vergi ödəyicisi qanunu pozub
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, 1223 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 336 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edildiyi, ticarət, iaşə və digər xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 238 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 133 vergi ödəyicisi tərəfindən 166 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi, 75 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 30 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmayıb, 279 ədəd mal olduğu aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülüb.
Teqlər: