İlon Maskın şirkəti növbəti uğursuzluğa düçar olub
Raket Texas ştatının Boka Çikadakı kosmodromdan buraxılıb. İlk təkrar istifadə edilə bilən “Super Heavy” pilləsi kosmik gəmini orbitə çıxarıb, bundan sonra o, yerə qayıdaraq, buraxılış meydançasına enib. Səmada ayrılan yuxarı pillədə bütün altı “Raptor” mühərriki işə düşüb, lakin sonra gəmi ilə əlaqə kəsilib və o, qəzaya uğrayıb.
“Ayrıldıqdan sonra “Starship” raketinin yuxarı pilləsi bütün altı “Raptor” mühərrikini uğurla alovlandırıb və kosmosa qalxmağa hazırlaşıb. Uçuş startının tamamlanmasına təxminən 8,5 dəqiqə qalmış onunla telemetriya itirilib. İlkin məlumatlara görə, gəminin arxa hissəsində yanğın baş verib və qalıqlar Atlantik okeanına düşərək, planlaşdırılmamış sürətli dağlmaya məruz qalıb”, - “Space X” şirkətinin yaydığı məlumata istinad edən Almaniyanın “Deutsche Welle” nəşri bildirib.
“Space X” şirkətində artıq qəzanın səbəblərini araşdırıldığını və səkkizinci buraxılışa hazırlaşdıqlarını vurğulayıblar. Səkkizinci buraxılışın yaxın ayda baş tutacağını deyən İlon Mask ilkin əlamətlərə görə, gəminin mühərrikinin təhlükəsizlik divarının üstündəki boşluqda oksigen/yanacaq sızması olduğunu bildirib.
- Bu sızma sərinkeşin gücündən daha böyük təzyiq yaratmaq üçün kifayət qədər böyük olub. Sızmaların aşkarlanması üçün ikiqat yoxlanışdan əlavə, biz bu sahəyə yanğının söndürülməsini əlavə edəcəyik və ehtimal ki, havalandırma sahəsini artıracağıq”, - amerikalı sahibkar vurğulayıb.
Qeyd edək ki, “Starship (Ulduz gəmisi” bəşər tarixində ən böyük və ən güclü raketdir. “SpaceX” şirkətinin iddiasına görə, gəmi insanları və yükləri aşağı Yer orbitinə, Aya və Marsa çatdıra biləcək. Sistemin ümumi layihə yükgötürmə qabiliyyəti 150 tondur. Təkrar istifadə edilə bilən “Starship” sistemi “Super Heavy” adlı 70 metrlik birinci mərhələdən və əlavə mühərrikləri olan 50 metrlik “Starship” kosmik gəmisindən ibarətdir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: SpaceX