Marqvelaşvilinin andiçməsinə Azərbaycandan kim gedəcək?
Azərbaycanın baş naziri Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov da inauqurasiya mərasiminə dəvət alıblar.
Maraqlıdır, Georgi Marqvelaşvilinin inaqurasiya mərasiminə Azərbaycandan kimlər iştirak edəcək?
AzVision.az-ın əməkdaşı bu suala rəsmi qurumlardan cavab almağa çalışıb.
Verilən açıqlamalarında Marqvelaşvilinin andiçmə mərasimində kimlərin iştirak edəcəyinin dəqiq bilinmədiyi qeyd edilib.
Xatırladaq ki, yeni prezidentin andiçməsi noyabrın 17-də keçiriləcək.
Nihadə Eyyubova