Milli Şura kimə lazımdır? - ŞƏRH

Milli Şura kimə lazımdır? - ŞƏRH
  08 Noyabr 2013    Oxunub:1545
“Milli Şura prezident seçkiləri öncəsi yaradılanda da məlum idi ki, süni yaradılmış təşkilatdır. Bu qurumun vahid idelogiya, vahid lider yoxdur”.
Bu fikirləri AzVision.az-a açıqlaamsında politoloq Elman Nəsirli deyib.
Siyasi ekspert hesab edir ki, Millin Şuranın məğlubiyyəti labüd idi:

“Milli Şura seçkiyə lap az qalmış vahid namizəd seçə bildi. Bəri başdan bəlli idi ki, birləşmə konkret mətləbə görə reallaşıb. Hətta Milli Şuranın liderini gələcəkdə prezident görmürlər. Seçkidə qalib gəlsə də iki ildən sorna hakimiyyətdən uzaqlaşdırılmalı idi. Sosial bazası olmayan və daxilində ixtilaflar yaşayan qurumun belə acı məğlubiyyəti labüd idi”.

Politoloq hesab edir ki, Milli Şura üçün ən düzgn yol o idi ki, seçkilərdə qalib gələn tərəfi təbrik etsinlər: “Və məğlubiyyətlərini etiraf edib niyə məğlub olmalarının səbəb və motivləri üzərində işləməsi və növbəti seçkilərə hazırlaşmalı idilər. Əgər faktiki qalib olduqlarını iddia etməsələr onda daxildəki ixtilaflar böyüyə bilər. Hesab edirəm ki, onlar məğlubiyyəti də etiraf etmək gücündə deyil. Bunu yalnız güclülər edir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti