Nuşirəvan Məhərrəmlinin “5” verdiyi aparıcılar - SİYAHI
MTRŞ-ın hesabatında göstərilir ki, bu aparıcılara misal olaraq ATV-də Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, ANS-də Elgiz Əkbər, Rövşanə Bektaşı, İTV-də Saleh Bağırov, SPACE-də Mikayıl və başqalarını göstərmək olar.
Hesabatda həmçinin ədəbi dil normalarına uyğun hesab olunan aparıcıların adları çəkilib. Həmin aparıcıların adlarını təqdim edirik:
ANS-in aparıcıları Rəşad Abbasov, Fidan Adbulzadə, Amil Hacıyev, Elçin Əlibəyli, Aytən Səfərovanın nitqi ədəbi dilin normalarına uyğun hesab edilir.
“ATV Xəbər”in aparıcısı Samirə Mustafayevanın nitqi aydındır, xəbərləri tamaşaçıya çox maraqla çatdırır. Ceyhun Əliyevin aydın diksiyası var. “Atv aktual”ın aparıcısı Aytən Əhmədovanın təqdim etdiyi verilişdə tamaşaçı fikri fəallığını yarada bilir.
İTV-nin “Açıq dərs” verilişinin aparıcısı Orxan Cabbarlının aydın diksiyası var, nitqində yayınmalar çox azdır. “Carçı” informaisya proqramının diktoru Günay Namidarın, “TV-R klub”un aparıcısı Günel Hümbətovanın nitqi də normalara uyğundur.
“Xəzər” tv-nin xəbərlər verilişinin aparıcısı Anar Nəcəfzadənin nitqi aydındır, dəqiqdir. “Rezonans” verilişinin aparıcısının nitqi çox aydın və təsirlidir. “Dünyada bu gün”ün aparıcısı Turan Babayevin, “Tərs bucaq” verilişinin aparıcısı Azər Həsrətin nitqi qənaətbəxşdir.
“Space”TV-nin şənbə günü efirə gedən “Hər səhər” verilişini MTRŞ çox bəyənir. Hesabatda bildirilir ki, tanınmış ziyalılara, korifey sənətkarlara verilən qiyməti çox müsbət dəyərləndirirlər.
“Lider” TV-nin “Səda” informasiya proqramının aparıcıları Şahin Əliyev və Rəqsanə Məmmədovanın nitqi ədəbi dilin normalarına uyğundur, yayınmalar müşahidə edilmir.
Hesabatda həmçinin qeyd olunub ki, nitqin təmizliyini porzan hallardan biri də tüfeyli sözlərdən istifadə olunmasıdır. ANS telekanalının aparıcılarından İsa Şükürovun nitqində tez-tez işlədilən “kifayət qədər”, “Xəzər” telekanalında “Bizim gün” verilişinin aparıcısı Günay Rəhimovanın nitqində “aha” sözü, “Sağlıqla” verilişinin aparıcısı Vəfa Sadıqovanın nitqində təkrarlanan “yəni” sözü bu qəbildəndir.
Sevinc İltifatqızı
Teqlər: