İradə Tuncay: “Dəyərli hədiyyələri mənə sevgilim alıb”
-İradə xanım, doğum gününüzdə özünüzü necə hiss edirsiniz?
-Yaxşıyam, həmişəki kimi. Düzünü deyirəm, heç bir özəl duyğum yoxdu. Açılan hər gün ad günüdü.
- Sizi təbrik edənlər oldumu. İlk təbrik kimdən gəldi?
-Nəvələrimdən.Onlar məni hamıdan qabaq təbrik etdilər.
-Bəs Aqil bəy sizi necə təbrik etdi?
-Öpdü, qucaqladı (gülür). Ondan böyük hədiyyə var? İndi də gedirik Qubaya. Ad günümü ikimiz qeyd edəcəyik. İkimiz və romantika.
-İradə xanım özünüzü hansı yaşda hiss edirsiniz?
-35.
-Niyə məhz bu yaşda?
-Çünki 30 yaşdan sonra insan tam formalaşır və öz dəyərini anlayır.
-Dəyərinizi anlayan insanların sayı çoxdurmu?
-İnsanlara dəyər verirsənsə, onun qarşılığı qayıdır.
-İradə xanım elə olubmu, kiminsə təbrikini gözləmisiniz, amma o təbrik sizə gəlib çatmayıb?
-Təbrik gözləmirəm. Gözləyirəmsə mütləq gəlib.
- Bu yaşa qədər aldığınız ən qiymətli hədiyyə?
-Mənə qiymətli hədiyyələri həmişə sevgilim alıb.
- Bəs övladlarınız? Hədiyyənin adı? Sirr deyilsə əgər
-Bunun nə əhəmiyyəti var ki? Gəlinlər həmişə nəsə bir hədiyyə alırlar ( gülür)
-İradə xanım, sizcə hər yaş gününü qeyd etmək lazımdır, yoxsa yubileyləri?
-Mən ad günlərini sakit qeyd edirəm. Amma yəqin yuvarlaq günləri xüsusi qeyd etmək lazımdır.
-İradə xanım, elə bir arzunuz varmı ki, növbəti yaşınızda çatmaq istəyərdiniz?
-Var. Amma nə olduğunu deməyəcəm.
-İnşallah arzunuza çatarsınız....
Məlumat üçün bildirək ki, İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. 2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur. Millət vəkili Aqil Abbasın həyat yoldaşıdır.
Mirvari Nəzərova