Əli Həsənov İran sərhədindəki insidenti şərh etdi

Əli Həsənov İran sərhədindəki insidenti şərh etdi
  09 Noyabr 2013    Oxunub:1184
“İran və Azərbaycan dövlətləri arasında hazırda heç bir problem yoxdur”.
Azərbaycan Prezidenti Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İran-Azərbaycan sərhədinin Biləsuvar rayonu ərazisindən bağlanması məsələsinə münasibət bildirib. AzVision.az `Publika.az`a istinadən xəbər verir ki, PA-nın şöbə müdiri Ə.Həsənov açıqlamasında söyləyib ki, hazırda İran və Azərbaycan dövlətləri arasında heç bir problem yoxdur: “Azərbaycan və İran dövlətləri arasında beynəlxalq, regional və ikitərəfli məsələlərdə normal münasibətlər mövcuddur. O ki qaldı sərhəd keçid və gömrük məntəqələri ilə bağlı iki ölkənin müvafiq orqanları arasında yaranmış bu və ya digər anlaşılmazlıqlara, bütün bunlar da həll olunan məsələlərdir. Yəqin ki, İran və Azərbaycan sərhəd rejimində yaranmış vəziyyətlə bağlı da müvafiq tərəflər açıqlama verəcəklər”.

Qeyd edək ki, üç gündür Biləsuvar və Culfa Sərhəd Keçid Məntəqələrində İrana keçid qarşı tərəfdən bağlansa da bu gün piyadaların və avtomobillərin keçməsi bərpa olunub.


Teqlər:  





Xəbər lenti