İran sərhədində nəqliyyatın keçidi hələ də bərpa olunmayıb
10 Noyabr 2013
Oxunub:1011
Noyabrın 7-dən Biləsuvar sərhəd buraxılış məntəqəsində yaranmış gərginlik dünən nisbətən aradan qaldırılsa da, vəziyyət hələ də dəyişməz qalır.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanovun verdiyi məlumata görə, piyadaların ikitərəfli gedişi qaydasına düşdüyü halda, Naxçıvan Muxtar Respublikasına gedən ağır tonnajlı yük maşınlarının keçməsinə icazə verilmir: “Bizim tərəfdə dayanmış İran avtomaşınları artıq ölkələrinə qayıdıb. Amma Naxçıvana getmək istəyən maşınlar nə səbəbdənsə gözləməyə məcbur ediliblər. İran tərəfi ilə bizim səlahiyyətlilərimiz arasında növbəti görüş barədə isə hələlik hər hansı açıqlanma verilmir”.