`Nefçi`nin qapıçısı cəzalandırıldı
Topaz Premyer Liqasının XIII turunun “Neftçi” – “Bakı” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Oyununun 27-ci dəqiqəsində “Neftçi” klubunun 30 nömrəli futbolçusu Saşa Stamenkoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, kluba 200 manat cəza kəsilib.
Oyunun 1 və 31-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri, 16 və 59-cu dəqiqələrdə isə “Bakı” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunub.