Araz və Kürdə çirklənmə artıb
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda isə fenollar 4, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
Noyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 2, I Şahsevəndə fenollar və mis birləşmələri 2, Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 2 dəfə isə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.12-6.30 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
AzVision.az
Teqlər: