"Əyalətlərdə yüksək maaşlı iş yerləri açılmalıdır "

"Əyalətlərdə yüksək maaşlı iş yerləri açılmalıdır "
  12 Noyabr 2013    Oxunub:1208
"Əhalinin aztəminatlı hissəsinin evlə təmin edilməsi Azərbaycan iqtisadiyyatına güclü təkan verə bilər. "
Bunu Milli Məclisdə 2014-cü il büdcəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli bildirib.

Onun sözlərinə görə, Almaniyanın müharibədən sonrakı təcrübəsi, insanları evlə təmin etməsi iqtisadiyyatının böyük irəliləyişinə səbəb olub.

“Bu təcrübəni Azərbaycanda da tətbiq etməklə biz iqtisadiyyatın inkişafına nail ola bilərik. Bunun üçün ucuz qiymətə hər kvadratmetri 50-100 manata olan “xalq evləri” tikilməlidir. Bununla həm aztəminatlı təbəqənin evlə təmin olunmasına , digər tərəfdən də iqtisadiyyatın güclənməsinə nail olacağıq” - deyə deputat bildirib.

Əyalətlərin vəziyyəti haqqında danışan Ə. Məsimli bildirib ki, dövlətin qarşısında 4 əsas problem durur. “Bunlar elektrik, su, qaz və yol problemlərinin həllidir. Əgər bunların həllinə nail olarıqsa, o zaman biz regionlarımızın da sürətli inkişafını həyata keçirərik. Digər əsas məsələlərdən bir də əyalətlərdə yüksək maaşlı iş yerləri açmaqdır. Bununla biz həm miqrant probleminin, həm də regionların inkişafını təmin etmiş olacağıq” .

Sevinc iltifatqızı


Teqlər:  





Xəbər lenti