Jalə Əliyeva Zərdabın problemlərindən danışdı
Jalə Əliyeva həmçinin, internat uşaqlarının mənzillə təmin olunması məsələsinə də toxunub: “İnternatda böyüyən uşaqlarımız, gənclərimiz hələ həyatın isti- soyuğunu görmədən küçələrə tökülürlər.
Heydər Əliyev Fondu bir neçə il öncə internatda böyüən qızlar üçün mənzillər tikdi. Amma bu məsələnin bir hissəsidir. Bu qəbildən olan gənclərimizin evlə təmin olunması üçün hökumət də addım atmalıdır”.
Eyni zamanda millət vəkili təmsil etdiyi Ucar rayonu və ona bitişik rayonlarda mövcud olan problemləri hökumət üzvlərinə çatdırıb: “Bilirsiniz ki, bir neçə il öncə Kür çayının daşması ilə bəzi rayonlarımız ziyan gördülər. Çayın daşması nəticəsinə Zərdabda məktəblərə ziyan dəydi. Təzəkənd orta məktəb tam yararsız vəziyyətə düşdü. 2010- cu ildə bununla bağlı müraicət etdik, yer də ayrıldı. Amma hələ də inşaat başlamayıb. Eyni zamanda Zərdabda 1 və 2 saylı məktəblər yararsızdır. Plana salınsalar da, heç bir şey yoxdur”.
Təmsil etdiyi rayonun qaz, kanalizasiya problemlərindən danışan J.Əliyevə Ucarın rayonunun 40 kəndi olduğunu bildirib: “40 kənd olsa da, ancaq 5 kənddə qaz var, 6 kənddə isə işlər gedir. Qalanlarında isə qaz yoxdur”.
Sevinc İltifatqızı