“Ucqar dağ rayonlarında kəndlər boşalır” - DEPUTAT
“2014-cü ildə hökümətimizdən ucqar dağ kəndlərinin propblemlərini, xüsusilə ən vacib infrastruktur layihələrinin gerçəkləşdirilməsini istərdik. Dağlıq zonalarda gənclərin kəndləri tərk etməsi, iş üçün müvəqqəti olaraq kənddən getməsi sonradan daimi olur və kəndlər boşalır. Kənd yerlərində yolların təmiri, gəncləri üçün məşğulluq mərkəzlərinin yaradılmasına ehtiyac var. 8 natamam məktəb olduğu üçün bu məktəbin uşaqları qış vaxtlarında qarlı yerlərdən keçərək başqa yerdə təhsillərini davam etdirmək məcburiyyətində qalırlar. Bu ucqar bölgələrdə ciddi problemdir. Məktəblərdə uşaqları evə aparıb-gətirmək üçün marşrutlar ayrılsın. 2014-cü ildə hökümət hesab edirik ki, nəzərə alacaq”.
Məlahət İbrahimqızı şəhid ailələri, Qarabağ əlillərini mənzil təminatının yaxşılaşdırılması ilə bağlı danışıb. O, bildirib ki, binalar tikilsə də, bu qənaətbəxşdir və 2014-ci ildə belə evlərin sayının artmasını arzu edir.
Deputat son vaxtlar `Hepatit C` xəstəliyin artdığını bildirib: “Ona görə bununla bağlı dövlət proqramının qəbul olunması və xəstələrin dövlətin hesabına müalicə olunmasına ehtiyac var”,- deyə İbrahimqızı əlavə edib.
Sevinc İltifatqızı