MSK: Cəmil Həsənlinin müraciəti aktuallığını itirib
Tofiq Həsənov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb. Cəmil Həsənlinin 95 saylı Tərtər Seçki Dairəsinə müraciəti ilə bağlı Tərtər Seçki Dairəsinin qərarı əsassız sayılıb. Dairə Seçki Komissiyası müraciətin qanunvericiliklə müəyyən edilmiş vaxtda edilmədiyini əsas gətirib, ancaq müraciət poçtla göndərilib. Buna görə də MSK Tərtər Dairə Seçki Komissiyasının qərarını əsassız sayıb. Tofiq Həsənov onu da nəzərə çatdırıb ki, Cəmil Həsənlinin MSK-ya müraciətində aktların ksero surətləri təqdim olunub, bu surətlər isə sənəd sayılmır. Bu surətlər əsasında da araşdırma aparıla bilməz.
MSK sədri Məzahir Pənahov xatırladıb ki, Konstitusiya Məhkəməsi artıq prezident seçkilərinin nəticələrini təsdiqləyib və buna görə də müraciət aktuallığını itirib.