Vətəndaşların qəbulunun vaxtı dəyişdi
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, həmin gün saat 12:30-dan etibarən Xaçmaz regional ədliyyə şöbəsinin yeni binasında keçiriləcək qəbulda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar Xaçmaz regional ədliyyə şöbəsi (ünvan: Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 10a, əlaqə telefonları: (023) 325-18-88, (023) 325-17-96), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə nazirliyin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Teqlər: