Azərbaycanda pensiya alanların sayı açıqlandı
DSMF-dən AzVision.az-a verilən məlumata görə, yeni sığorta-pensiya sistemində pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının pensiyaçılar arasında ədalətli bölgüsünə imkan yaradıb. Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsində pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 28,5 manat olduğu halda, cari ilin oktyabrın 1-nə bu məbləğ 170 manata, o cümlədən yaşa görə əmək pensiyaları üzrə orta aylığ məbləğ 187,6 manata çatıb.
Əmək pensiyası - “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası
Teqlər:
sevinc 11:37 20 Aprel 2017
salam ,men bilmey isderdim men pensiya duzeldmisem ne vaxd mene kart vrilecey iki ay olar uje xesdelikden duzeldmisem