Deputat: “Türkiyə ilə viza məsələsində bilmədiyimiz məqamlar var”
“İstər Azərbaycan prezidenti, istərsə də Türkiyənin dövlət başçısının Azərbaycana gəlişi bu münasibətlərin inkişafına təkan verir. Bu baxımdan Prezidentin Türkiyə səfəri, orada yüksək səviyyədə qarşılanması, dövlət mükafatının verilməsi, aparılan danışıqlar, imzalanan sənədlər heç şübhəsiz 2 dost ölkə arasında bundan sonrakı münasibətlərin yüksək səviyyədə inkişafına əsaslar yaratdı. Düşünürəm ki, bu da gözlənilən idi. Orada vacib olan bir məqamı tutdum. Bundan sonra Azərbaycan-Türkiyə arasında olan münasibətlər tamam fərqli bir müstəvidə inkişaf edəcək. Mənim gəlmiş olduğum qənaətə görə, bu müstəvini açmaq istəmirəm. Ancaq, əminəm ki, Türkiyə Azərbaycanın yanında olacaq. Gələcəkdə Azərbaycan öz işğal olunmuş torpaqlarını hərbi yolla azad etsə, Türkiyə Azərbaycanı tək qoymayacaq. Əhməd Davudoğlu İsveçrədə olanda belə bir müzakirə olub ki, 5 rayonu azad edilsə, Türkiyə Ermənistanla olan sərhədləri açacaq. Onu qeyd edim ki, əvvəldən bu fikir var idi. Həqiqətən Ermənistan işğal olunmuş torpaqların bir hissəsini, Dağlıq Qarabağ ətrafında olan torpaqları işğaldan azad edərsə, bu Azərbaycan və Ermənistan arasında da müəyyən münasibətlərin yumşalmasına, hətta, dəmir yolunun açılışına da gətirib çıxara bilər. Türkiyədə də sərhədlərin açılması gözlənilər. Düşünürəm ki, bu fikir bu gün də qüvvədə qalır. Bu nəticəyə də normal yanaşmaq lazımıdır”.
Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğv olunması məsələsinə də münasibət bildirən millət vəkili bunun bilinməyən tərəflərinin olduğunu söylədi. “Viza rejiminin ləğvi ilə bağlı heç nə deyə bilmərəm. Bəlkə, viza rejimində bilmədiyimiz məqamlar var”.
Sevinc İltifatqızı