Mais Qurbanov onu vuran qızla üzləşdirilib - ÖZƏL

Mais Qurbanov onu vuran qızla üzləşdirilib - ÖZƏL
  13 Noyabr 2013    Oxunub:3091
Rusiya Miqrantlar Federasiyasının vitse-prezidenti Mais Qurbanov onu güllələyən qızla üzləşdirilib.

Bu barədə AzVision.az-a M.Qurbanovun yaxın dostu Salahov Ceyhun məlumat verib.

Onun sözlərinə görə, M.Qurbanov hazırda polis bölməsindədir.
S.Ceyhun onu da bildirib ki, M.Qurbanova atəş açmaqda şübhəli bilinən 24 yaşlı adı açıqlanmayan qadın da polis bölməsindədir.

“Mais Qurbanov həmin qızla birlikdə hazırda polis şöbəsindədir. Polis tərəfləri üzləşdirməklə məsələni aydınlaşdırmağa çalışır”.
Hadisənin törənməsi səbəblərinə gəlincə, S.Ceyhun qeyd edib ki, Mais Qurbanovun əleyhinə olan insanların sayı çox olub: “O, ara-sıra rus milliyətçilərinə qarşı çıxışlar edirdi. Axırıncı dəfə “Rus marşına” cavab olaraq hazırlanan, amma razılıq verilməyən yürüşün təşkilində fəal iştirak edirdi”.

Mirvari


Teqlər:





Xəbər lenti