İlham Əliyev: “Qardaşlıq, dostluq əbədi davam edəcək”
AzVision.az xəbər verir ki, prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırıb.
Türkiyə tərəfindən Azərbaycana qoyulacaq sərmayələrdən danışan İ.Əliyev deyib ki, bu, qarşılıqlı olacaq:
“Qardaşlıq, dostluq əbədi davam edəcək. Əziz qardaşım Ərdoğana təşəkkür edirəm”.
Jurnalistlərin viza rejimi ilə bağlı sualını İlham Əliyev cavablandıraraq bildirib ki, bu sual ondan əvvəl Ərdoğana verilib:
“Bu sualı məndən əvvəl əziz qardaşım Ərdoğana verməsəydiniz cavab verərdim. Əvvəlcə ondan soruşdunuz. Mənim cavab verməyim düzgün olmaz”.
İlham Əliyevin bu sözlərinə Ərdoğan gülümsəyib və viza sualını belə cavablandırıb: “Viza məsələsini iqtisadiyyat nazirlərimiz diqqətdə saxlayacaq. Akademiklər, biznesmenlər tələblərlə bağlı aparılacaq qiymətləndirmələr atacağımız ilk addımlardan olacaq”
Fatimə Kərimli