Saxta sənəd düzəldən şəxsi ifşa etdi

Saxta sənəd düzəldən şəxsi ifşa etdi
  13 Noyabr 2013    Oxunub:1328
Nərimanov rayon məhkəməsinin xüsusi qərardadı əsasında cinayət işi başlanıb
Bakı şəhər sakininin qanunsuz əməlləri barədə Nərimanov rayon məhkəməsindən daxil olmuş xüsusi qərardad əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı Zübeydə Abdullayevanın özünə məxsus mənzilindən Tahir Məcidovun çıxarılması barədə mülki iddiasına Nərimanov rayon məhkəməsində baxılarkən, sonuncunun qarşılıqlı iddia verərək məhkəməni mənzilin guya Z.Abdullayeva tərəfindən ona satılmasını inandırmağa çalışmaqla və sübutlar kimi mənzilin onun mülkiyyətinə keçirilməsi barədə saxta ərizəni məhkəməyə təqdim etməklə mülki iş üzrə sübutları saxtalaşdırmasında əsaslı şübhələr olduğundan barəsində Cinayət Məcəlləsinin 294.1 (sübutları saxtalaşdırma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.



Teqlər:  





Xəbər lenti