Nazir italyan rəsmisi ilə görüşüb

Nazir italyan rəsmisi ilə görüşüb
  13 Noyabr 2013    Oxunub:1084
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Carlo Calendanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə nümayəndə heyətinə məlumat verilib.

Eyni zamanda, yaşıllaşdırma layihələrinin həyata keçirilməsi, tullantı sularının idarə olunması, suvarma sistemlərinin və mobil sutəmizləyici qurğuların hissələrinin istehsalının Azərbaycanda təşkili imkanları, o cümlədən iki ölkə arasında gələcək əməkdaşlığın perspektivləri, hüquqi bazanın gücləndirilməsi kimi bir sıra məsələlər müzakirə olunub.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti