Fazil Mustafa ilə hüquqşünas arasında `DAVA`düşdü

Fazil Mustafa ilə hüquqşünas arasında  `DAVA`düşdü
  14 Noyabr 2013    Oxunub:1522
Millət vəkili Fazil Mustafa ilə tanınmış hüquqşünas, BAXCP-nin üzvü Mehman Muradlı arasında qalmaqal yaranıb.
AzVision.az-ın məlumatına görə, M.Muradlının facebook sosial şəbəkəsində F.Mustafa haqda yazdığı status deputatı qəzəblənirib.

"Məncə Fazil bəy elə siyasətçi kimi mövqe bildirsə daha yaxşı olar, nəinki tarixçi kimi mövqe bildirmək"-deyə hüquqşünasın iradına deputat belə reaksiya verib:

“İnanın səmimiyyətimə, təhqir etmək məqsədilə demirəm, bu qədər bəsit düşüncə sahibləri necə özlərinə rəva bilirlər ki, hazırlıqsız müzakirəyə qoşulurlar. Arqument tapa bilməyəndə mənim mövqe bildirməyimin formasını da tövsiyyə etməyə başlayırlar. Mehman bəy, yaxşı olar ki, siz də adam kimi deyil, at kimi yeriyəsiniz. Çünki ancaq at ağlı ilə bu cür tövsiyyə vermək olar. Çünki mən tarixə siyasətçi kimi baxışımı ortaya qoyuram, nəyi doğru hesab etməsəniz, onu tutarlı faktlarla yalanlaya bilərsiniz”.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti