Əvəz Temirxan siyasətdən getməsini TƏKZİB etdi
“Bilirəm, bunu “Yeni Müsavat`” yazıb. Dünən həmin qəzetin müxbiri müsahibə üçün mənə zəng vurdu, razılıq vermədim. Ona görə də qəzet belə rekasiya verib ki, guya mən siyasətdən getmişəm, Bu,belə deyil. Biz siyasətçiyik. Biz siyasəti Azərbaycan uğrunda mübarizə yolu kimi başa düşürük. Siyasətdə olmuşuq, varıq, və olacağıq. Bu qəzetin bizə olan qərəzli münasibətinə görə o qəzetə müsahibə vermədim”.
Qeyd edək ki, Yeni Müsavat qəzeti yazıb ki, Əvəz Temirxan siyasətdən gedir. O, vəkilliklə məşğul olmağa qərar verib.
Nihadə Eyyubova