Sabahdan hava soyuyacaq: yağış yağacaq
Gündüz saatlarından başlayaraq axşama doğru şimal-qərb küləyi güclənəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, günün birinci yarısında 18 dərəcə, axşama doğru 10-12 dərəcə isti olacaq.
Rayonlarında noyabrın 15-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, lakin axşama doğru bəzi yerlərdə yağış yağacaq. Qərb küləyi gündüz güclənəcək
Aran rayonlarında noyabrın 15-də havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.