Lənkəranda yalandan bomba xəbərçisi yaxalandı

Lənkəranda yalandan bomba xəbərçisi yaxalandı
  16 Noyabr 2013    Oxunub:1291
FHN-in “112” xidmətinə yalan məlumat verən Lənkəran sakini saxlanılıb.
Noyabrın 15-də saat 13.14-də naməlum şəxs telefonla Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng edib “Lənkəran şəhər Dövlət Reyestr Xidmətinin inzibati binasına bomba qoymuşam” deyib əlaqəni kəsib.

Məlumat Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülərək, müvafiq tədbirlər görülüb. Lakin məlumat təsdiqini tapmayıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, araşdırmalar zamanı yalan məlumatın Lənkəran şəhərində yaşayan Habil Sadıqov tərəfindən verildiyi müəyyən edilmiş və o, saxlanılmışdır.


Teqlər:





Xəbər lenti