Müxalifətdən Asəf Quliyevin ittihamlarına CAVAB

Müxalifətdən Asəf Quliyevin ittihamlarına CAVAB
  02 Dekabr 2013    Oxunub:1187
Müsavat funksioneri Arif Hacılı və Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn AXCP-nin keçmiş sədri müavini Asəf Hacılının ittihamlarına cavab verib.

Arif Hacılı AzVision.az-a açıqlamasında Asəf Quliyevin fikirlərini önəmsəmədiyini deyib.

“Məni nə Asəf Quliyevin istefası, nə də onun səbəbləri maraqlandırmır”.

Pənah Hüseyn də Asəf Quliyevin fikirlərinə şərh vermək istəməyib: “Asəf Quliyev də, onun dedikləri də məni maraqlandırmır”.

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Milli Şuranın mitinq komitəsinin sabiq sədri Asəf Quliyev Milli Şuradan və AXCP-dən istefa verməsinin səbəblərini açıqlayıb.

Keçmiş cəbhəçi vurğulayıb ki, Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar:
"Buna baxmayaraq, Arif Hacılı Milli Şuranın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu. Eyni zamanda, Milli Şuranın özündə Cəmil Həsənlinin prezidentliyə namizədliyinin verildiyi gün seçkinin uduzulduğu bəlli idi. Çünki bu cür hədəf və komanda ilə seçkiyə getmək elə bu nəticəni verəcəkdi. Son iki il ərzində, xüsusilə seçki öncəsi Milli Şuradakı proseslər məndə fikir ayrılığı yaratdı".

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti