Ceyhun Bayramov: Ermənistandan ciddi və əməli addımlar gözləyirik
“Saziş layihəsinin preambul hissəsi və 17 maddədən 15-i razılaşdırılıb. İki maddə hələ ki, tam razılaşdırılmayıb. Danışıqlar davam edir. Azərbaycan ictimaiyyəti də bilir ki, sülh sazişinin mətnindən başqa burada digər ciddi və açıq məsələ var.
Bu da Ermənistanın konstitusiyasında və bir sıra normativ-hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcudluğudur. Bu istiqamətdə Ermənistandan ciddi və əməli addımlar gözləyirik. Bəyanatları və mesajların hamısını eşidirik və real addımlarda ciddi çatışmazlıq görürük", - deyə C.Bayramov qeyd edib.
AzVision.az
Teqlər: