Yeni ilə qədər əfv gözlənilmir - AÇIQLAMA
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan prezidenti yanında Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova bildirib.
Deputatın sözlərinə görə, qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində əfvin olması nəzərdə tutulmur.
Qeyd edək ki, prezident İlham Əliyev tərəfindən sonuncu əfv fərmanı bu ilin oktyabr ayında verilib.
Nihadə Eyyubova