Kutsi: “Ailəm olmasa yaşaya bilmərəm” - MÜSAHİBƏ

Kutsi: “Ailəm olmasa yaşaya bilmərəm” - MÜSAHİBƏ
  19 Dekabr 2013    Oxunub:3844
`Mənim gündəmə gəlmək üçün nə dramatik həyat hekayəm, nə də biri ilə düşmənçiliyim var`

Onunla telefonla danışdım. İstiqanlı və mərhəmətli olduğu simasından bəlli olsa da bu qədər olacağını təssəvvür etməzdim. Suallarımı görüşərək vermək istəsəm də “hava soyuqdu, gəlməyin! Biz üz-üzə danışırmış kimi söhbət edərik”-dedi. Düşüncəli və kübar. Söhbətmizdən sonra onunla bağlı ağlıma həkk olunan bu iki kəlmə oldu: müğənni, aktyor Kutsi...

-İnanılmaz bir özgüvəniniz var. Gündəmə gəlmək üçün çırpınanların əksinə, son dərəcə sakitsiniz…

- Mən sənətlə məşğulam. Musiqi və aktyorluq. İnsan bildiyi işi doğru zamanda edəndə çox xoşbəxt olur. Bunun üçün heç kimlə mübarizə aparmağa gərək yoxdu. Mənim gündəmə gəlmək üçün nə dramatik həyat hekayəm, nə də biri ilə düşmənçiliyim var. Bəzən bu sahədə baş verənlər məni şok edir.



-Siz oyunlardan kənarda qalmağı seçirsiniz?

- Bu oyunların içinə niyə girim? Belə bir şey etmərəm. Kiməsə söz at, intiriqa yarat və bir yer tut. İnsan öncə öz gördüyü işlərə baxmalıdır. Nə iş görür, yeri hardadır. Bunları görə bilsən başqasının sözünə ehtiyac qalmır.

- Həm musiqi, həm aktyorluq etmək çətin olmur? Ümumiyyətlə ilk aktyorluq təklifini nə zaman almısınız?

-İlk dəfə “Doktorlar” serialında mənə təklif gəldi. O vaxta qədər heç ağlımın ucundan da keçməzdi ki, hansısa serialda rol alaram. Ümumiyyətə heç bir iş asan deyil. Amma öhdəsindən gəlmək üçün planlı olmaq və nə etdiyini bilmək lazımdır.



- Səhnədə yoxsa kamera önündə özünüzü rahat hiss edirsiniz ?

- Kameraya da alıştım artıq. Amma musiqi adamı olduğum üçün səhnə daha rahat gəlir.

- Çox da gündəmə gəlməyi sevmirsiniz, amma çox sevilirsiniz.

- İnsanlar mənə pozitiv yaxınlaşır, mən də onlara. Çox xoşbəxt oluram və tamaşaçıya layiq olmaq üçün əlimdən gələni edirəm.

- Heç eqolarınıza yenik düşmürsünüz?

- Eqoyla əlaqəm yoxdu mənim. Eqolu olsam nə olacaqki?

- Maqazin proqramlarından qaçırsınız.

- Qabartmağı xoşlamıram. Maqazin proqramlarndan düşməsəm nə dəyişəcək. Mən nə iş görürəmsə onla gündəmdə qalmağı sevirəm.



Hərəkətləriniz, danışıq tərzinizdən romantik görünürsünüz.

- Mən balıq bürcüyəm. Romantiklik doğuşdan var. Romantik olmayan sənətçi necə ola bilər? Bunu da düşünə bilmirəm.

Kutsi səhnə adınız olmalıdır. Bəs əsil adınız nədir?

- Əslində adım Əhmət Kutsi Tecərdir. Babamın ədəbiyyat müəlliminin adıdır. Onu çox sevirmiş və adını mənə qoyub.

-Yaşaman və yaratman üçün sənə nə stimul verir?

- Ailəm, dostlarım… Mən onlara çox bağlıyam. Onlar olmasa mən də olmaram.

- Hazırda “Huzur sokağı” serialında oynayırsınız. Bu roman 1970 –ci illərdə çox satılb. Serial ilə romanın bağlantısı necədir?

- Serial elə romandan götürülüb. Xarakterlər və proseslər eynidir. Sadəcə bəzi dəyişikliklər var.

- Bu serialın filmi də var idi. Orda Türkan Şoray və İzzət Günay oynayırdı. Ustadlardan sonra çətin gəlmir ki rol?

- Aradan 40 il keçib. Təbii ki, onlardan sonra bir çətinlik və məsuliyyət var. Ümid edirəm ki, tamaşaçı bizi də sevir…

- Sizə küçədə Bilal deyirlər artıq.

-Dogrudur, rol adımla çağırırlar. “Feyza ilə evlen”, “Şükran ilə evlən” deyənlər var.



- Real həyatda necə `Huzur Sokağı`ndakı kimi sevgi varmı?

- Vardır. Yaqin ki, serialdakı kimi məhəllələr də var. Amma kaş hər məhəllə elə ola. Əvvəllər qonşuluq vardı. Qonşular bir-biriləri ilə yeməyini belə paylaşardı. Bəlkə də bu seriala baxandan sonra bu adətlər yenidən təzələnər.

- Hər hansı bir serialda deyil kinoda oynamaq istəyərdinizmi?
- Bu məsələni müzakirə edirik.

- Xobbiniz nədi?

- Getdiyim hər yerdən şəkil çəkirəm. Bir gün bu şəkillərin sərgisini təşkil edəcəm.

- Türkiyədə bir futbol sevdası var. Sizdə bu sevda hansı komandayadır?

- Doğuşdan Beşiktaşlıyam. Qara qartal yəni…

Məhsəti Şərif, İstanbul
AzVision.az üçün




Teqlər:  





Xəbər lenti