Yanğın söndürən hadisə zamanı həlak oldu
Məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi və qonşu rayonların yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb edilmişlər. Baş verən yanğın zamanı ümumi sahəsi 2000 kv.m olan mebel məmulatları istehsalı sexinin yanar konstruksiyaları və içərisində olan məmulatlar 600 kv.m sahədə yanıb.
Eyni zamanda sexin dam örtüyünün bir hissəsi uçmuşdur. Yanğının fəsadlarının aradan qaldırılması zamanı Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni Eyvazov Zaur Tahir oğlu beton plitənin üzərinə düşməsi nəticəsində həlak olmuşdur. Yanğın saat 06:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Teqlər: