Ağdaş və Göyçay sakinləri fasiləsiz elektrik enerjisi ilə təmin olunur
“Azərenerji” ASC-dən AzərTAc-a bildiriblər ki, ötən aylar ərzində Ağdaş EŞ şəbəkəsi üzrə bütün 110 kilovoltluq və 35 kilovoltluq yarımstansiyalarda, 46 transformator məntəqəsində əsaslı və cari təmir işləri aparılıb. Kənd yaşayış məntəqələrində də müxtəlif gücə malik transformatorlar əsaslı təmir olunan, yeni tikilən məktəblərin enerji təchizatı təmin edilib.
Analoji işlər “Göyçay” EŞ Müəssisəsində də davam etdirilib. Burada elektrik enerjisi istifadəçiləri fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilmiş, istehlak olunan enerji haqqının toplanması istiqamətində təşkilati və texniki tədbirlər həyata keçirilib. Qəza və imtina hallarının minimuma endirilməsi üçün təmir-profilaktika işi gücləndirilib.
Teqlər: