Goranboyda məktəb direktorunu maşın vurub

Goranboyda məktəb direktorunu maşın vurub
  14 Yanvar 2014    Oxunub:1100
Bakı-Qazax magistralında piyadanı maşın vurub AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Azad kəndi ərazisindən keçən hissəsində baş verib.

Magistral yolu keçmək istəyən, Goranboy rayonun Azad kənd sakini, kənd orta məktəbin direktoru, 1954-cü il təvəllüdlü Salman Abbasovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. S. Abbasov ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.


Teqlər:





Xəbər lenti