Veyplər gənclər arasında koronavirusu yayır

 Veyplər gənclər arasında koronavirusu yayır
  12 Avqust 2020    Oxunub:36952
Veyp çəkən və yaxud onu adi siqaretlə birləşdirən şəxslərin koronavirusa yoluxma riski adi insanlardan 7 dəfə çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Stenford Universitetinin (ABŞ) alimlərinin nəşr etdirdiyi məqalədə qeyd olunub.

Mütəxəssislər hesab edir ki, veyplərdə klassik tütün məmulatına xas olmayan mənfi keyfiyyətlər daha çoxdur. Belə ki, klassik siqaret ağciyərlərin sağlamlığına və bütövlükdə insan orqanizminə ziyanlıdır, lakin elektron siqaret də insan həyatına qısa zamanda son qoya bilər. Oların buxarında müxtəlif toksinlər, kanserogenlər və digər maddələr var ki, nəinki ağciyər xərçənginin yaranma ehtimalını artırır, həmçinin arteriyaların və venaların divarlarını daha kövrək edir.

Universitetin əməkdaşı Şivani Qayha bildirib ki, veyplərin gənclər arasında koronavirusu yayıb-yaymadığını müəyyənləşdirmək üçün 13-24 yaş arasında dörd mindən çox gənc və yeniyetmə arasında tədqiqat aparılıb.

Məlum olub ki, veyp çəkən və yaxud da onu adi siqaretlə birləşdirən insanların koronavirusa yoluxma riski 7 dəfə çoxdur. Veyplər bununla da piylənmə və diabeti üstələyib.

Azvision.az


Teqlər: Veyp  





Xəbər lenti