“Silah deyil, siyasət önə çıxır”

“Silah deyil, siyasət önə çıxır”
  22 Mart 2013    Oxunub:2139
Abdullah Öcalan kürdlərə müraciət edib.
Türkiyədəki kürd separatçılarının lideri, ömürlük məhbus Abdulla Öcalan martın 21-də müraciət yayıb. Barış və Demokratiya Partiyası təmsilçilərinin Diyarbəkirdə keçirilən Novruz şənliyində oxuduğu müraciətdə Abdulla Öcalan kürdləri silahı yerə qoymağa çağırıb.

“Media forum”a əsasən, Abdulla Öcalan müraciətində Türkiyənin dəyişməkdə olduğunu, kürdlərin öz hüquqları uğrunda siyasi mübarizə aparmaq imkanı əldə etdiyini vurğulayıb: “Bizim mübarizəmiz haqsızlığa, baxımsızlığa, basqılara qarşı olub, hər hansi irqə, məzhəbə, qrupa yönəlməyib. Bundan sonra da belə olacaq. Bu gün artıq yeni bir Türkiyəyə, yeni bir Orta Şərqə, yeni bir gələcəyə gedirik. Yeni bir zaman başlayır. Silahlı mücadilədən demokratik siyasətə qapı açılır. Artıq silahların susma, fikirlərin danışması nöqtəsinə gəldik. Silah deyil, siyasət önə çıxır”.



Teqlər:  





Xəbər lenti