Ucarda ağır qəza
“Mercedes” markalı 99-FV-401 dövlət nömrə nişanlı minik maşını ilə “VAZ 2104” markalı 61-VE-050 dövlət nömrə nişanlı minik maşını toqquşub. Nəticədə 4 nəfər ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Teqlər: