Saakaşvilinin səlahiyyətləri məhdudlaşdırıldı

Saakaşvilinin səlahiyyətləri məhdudlaşdırıldı
  22 Mart 2013    Oxunub:1423
Gürcüstan parlamenti prezidentin səlahiyyətlərini məhdudlaşdıran konstitusiya dəyişikliyini qəbul etdi.
AzVision.az-ın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Prezidenti Mixail Saakaşvilinin yeni seçilən hökuməti ilk altı ayda ləğv edə bilməsi səlahiyyəti qaldırılıb. Baş nazir Bidzina İvanişvili bu qanunun qəbulunun məmnuniyyət verici olduğunu bildirib. Səsvermədə 147 millət vəkilindən 135-i qanunun qəbulunun lehinə səs verib. Alınan qərarın demokratik bir ölkəyə yaraşdığını ifadə edən İvanişvili bütün səlahiyyətlərin parlamentdə olmasının lazım olduğunu bildiribi.

Qeyd edək ki, 2004-ci ildə qanuna edilən dəyişiklikliyə görə, prezident yeni seçilən hökuməti ilk altı aylıq vəzifə müddəti içərisində ləğv etmə səlahiyyətinə sahib idi. Dəyişiklikdən əvvəldə açıqlama verən Saakaşvili, güc özündə olsa belə xalqın iradəsi ilə yaradılmış parlamenti ləğv etməyəcəyini demişdi.



Teqlər:  





Xəbər lenti