İsrail Türkiyədən üzr istədi
Məlumatda bildirilir ki, İsrailin baş naziri Binyamin Netanyahu Mavi Mərmərə basqını səbəbiylə Türkiyədən üzr istədiyini açıqlayıb. Netanyahu "Mavi Mərmərə hücumu ili ölkə arasındakı münasibətləri pozduğu üçün təəssüfləndiyini deyib.
Bildilir ki, Baş nazir Ərdoğan da Netanyahunun üzrünü qəbul edib.
Eyni zamanda ABŞ prezidenti Barak Obama Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə İsrail Baş naziri Binyamin Netanyahunun bu gün telefonla danışdığını söyləyib. Obama açıqlamasında bildirib ki, Ərdoğanla Netanyahunun söhbəti əlaqələri dərinləşdirəcək.
ABŞ- ın Türkiyə və İsrail münasibətlərinə xüsusi əhəmiyyət verdiyini bildirən Obama "Regional sülh və təhlükəsizlik baxımından Türkiyə-İsrail arasındakı münasibətlərin yaxşılaşmasına böyük əhəmiyyət veririk" deyib.