Gəncədə əsgərlər and içdi

Gəncədə əsgərlər and içdi
  10 Fevral 2014    Oxunub:5034
Gəncədəki N saylı hərbi hissədə gənc əsgərlər vətənə sədaqət andı içiblər.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, mərasimi hərbi hissənin döyüş bayrağının orkestrin müşayəti ilə meydana gətirilməsi ilə başlayıb. Əvvəlcə Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubu oxunub.

Hərbi andı qəbul etmək üçün gənc əsgərlər təyin olunmuş yerlərə keçiblər. Və əsgərlər vətənə sədaqət andı içiblər. Onlar vətənin keşiyində mətin dayanacaqlarına söz veriblər.

Daha sonra Azərbaycanın Dövlət Himni oxunub. Mərasimə qatılan Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Rövşən Əkbərov əsgərləri ordu sıralarına daxil olmaları münasibəti ilə təbrik edib. Hərbi hissə komandiri əvəzi Daşqın Bənnayev əsgərlərə vətənin keşiyində mətin dayanmalarını və hərbi sirlərə mükəmməl yiyələnmələrini tövsiyyə edib. Mərasim hərbçilərin keçidi ilə davam etdirilib. Hərbi hissə komandarinin müavini Natiq Rəhimov isə məqsədlərinin əsgərləri peşəkar döyüşçü kimi hazırlamaq olduğunu söyləyib: “Gələcəkdə xidmətlərini sərhəd hərbi hissələrində davam etdirəcəklər. Biz əlimizdən gələni əsirgəməyəcəyik ki, bu əsgərləri yüksək səviyyədə hazırlayaq. Təlimlərdə bütün hərbi bilikləri və dərinlikləri onlara öyrədək, onları peşəkar döyüşçü kimi ön xəttə vətəni qorumağa göndərək.”

Mərasimdə hərbi hissənin xüsusi təyinatları bacarıqlarını göstəriblər. Andiçmə tədbiri musiqi proqramı ilə davam edib. Beləliklə, gənc əsgərlər üçün hərbi xidmətdə yeni və ən vacib mərhələyə start verilib.


Teqlər:





Xəbər lenti