Qansız uşaq dünyaya gəldi

Qansız uşaq dünyaya gəldi
  10 Fevral 2014    Oxunub:1302
Praktiki olaraq qan olmadan doğulan belə uşaqların dərisi müvafiq rəng alır.
Həkimlər bu fenomeni izah edə bilmirlər. Xoşbəxtlikdən körpə sağ qalıb.
Balaca Houp Xuarezin valideynləri və akuşerlər hələ də özlərinə gələ bilmirlər. Uşaq dünyaya ağappaq şəkildə gəlib. Ata Coş Xuarez dərhal körpəsi ilə nəyinsə baş verdiyini hiss etdiyini bildirib.

Həkimlər yeni doğulmuş Houpdan qan analizi götürməyə çalışsalar da, çətinliklə ayağını sıxmaqla bir damcı qan götürə biliblər. Həkimlərin sözlərinə görə, Houpun bədəni doğuşa bir neçə saat qalmış tamamilə qansızlaşıb.
İş ondadır ki, həkimlər təcili qeysəriyyə əməliyyatı keçiriblər və körpəyə qan köçürüblər.

Jurnalistlərə açıqlamasında 27 yaşlı ana Cennifer Xuarez doğuşa 3 həftə qalmış bətnindəki körpənin aktivliyinin dayandığını söyləyib.
Qan itkisinin körpənin gələcək həyatında hansı rol oynayacağı isə söylənilmir.

Bu uşaqların dünyaya açıq ağ rəngdə gəldikləri ilk hal deyil. 2012-ci ildə analoji hadisə Böyük Britaniyada baş vermişdi. Həmin vaxt da həkimlər körpənin həyatını xilas edə bilmişdilər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti