Zəlzələ köçkünlərin binasını qəzalı vəziyyətə saldı
AzVision.az APA- ya istinadən xəbər verir ki, yer titrəyişi nəticəsində Kürdəmir rayon Peşə Liseyinin iki beşmərtəbəli yataqxanası qəzalı vəziyyətə düşüb. Köhnə və uzun illər təmir edilməyən binalar zəlzələdən sonra yaşayış üçün daha da təhlükəli olub.
Beş rayondan 170 məcburi köçkün ailəsinin yaşadığı bu binaların divarlarında çatlar əmələ gəlib. Binalara rayon fövqəladə hallar komissiyasının və Kürdəmir rayon İcra Hakimiyyətinin qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbəsinin nümayəndələri baxış keçiriblər.
Teqlər: