Yəhudilər Qubadan film çəkir

Yəhudilər Qubadan film çəkir
  12 Fevral 2014    Oxunub:1485
Moskvadakı dağ yəhudiləri icması Azərbaycan yəhudiləri, ilk növbədə Qubanın dağ yəhudiləri haqqında “Qafqaz Qüdsü” adlı elmi-kütləvi filmin çəkilişlərinə başlayıb.
Dağ yəhudilərinin Moskvada çıxan “Stmegi” qəzeti yazıb ki, film çəkmək ideyası “Aleksandr Düma Azərbaycanda” sənədli filminin çəkilişləri zamanı yaranmışdı. Həmin filmin məsləhətçisi Bakının tarixini tətbiq edən görkəmli alim Fuad Axundovdur.

“Qafqaz Qüdsü” filminin ssenari müəllifləri Fuad Axundov və Sergey Vanşteyndir. Filmin prodüseri STMEQİ fondunun prezidenti, mesenat və ictimai xadim German Zaxaryayevdir.

Film Azərbaycan Dövlət Tarix Arxivinin materialları əsasında çəkilib. Hazırda film üzərində işin hazırlıq mərhələsi başa çatıb.

Bu, dağ yəhudilərinin dünyada qorunub saxlanmış yeganə yığcam yaşayış yeri olan Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbənin timsalında tarixdə ilk dəfə olaraq dağ yəhudiləri haqqında çəkilmiş elmi-kütləvi filmdir.

Filmdə Qubanın Qırmızı qəsəbə fenomeni XVIII əsrin ortalarında Ümumqafqaz tarixi baxımından açılır. Məhz həmin dövrdə Quba xanı Hüseynəli xan yaxınlıqdakı kəndlərdə pərakəndə şəkildə yerləşmiş yəhudiləri Qudyalçayın sol sahili boyunca yerləşdirməyi qərara almışdı.
Film muğamlarla və yəhudilərin ənənəvi melodiyaları ilə müşayiət olunur.


Teqlər:





Xəbər lenti