Bakıda ticarət mərkəzi söküləcək
Bildirilib ki, “Velotrek”in söküləcəyi ilə bağlı onlara xəbərdarlıq edilib.
Söküntünün nə zaman başlanacağı və eləcə də ticarət mərkəzinin yerində hansı obyektin tikiləcəyindən isə sahibkarlar məlumatsızdırlar.
Mağaza sahiblərinə kompensasiyanın ödənib-ödənməyəcəyi sual altındadır.
Qeyd edək ki, müşahidələrimiz zamanı “Velotrek” Ticarət Mərkəzinin yaxınlığında tikinti işlərinin başladığının şahidi olduq.
Anar RÜSTƏMOV