Kürəkən qayınatasını bıçaqladı
Kürəkən bu əməli qonaq gəldiyi qayınatası evində törədib. Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Əlini qohum qanına batıran N.Şükürov Ağdam rayon Qalayçılar kəndindən məcburi köçkündür, hazırda Ağdam ərazisində Dördyol -1 qəsəbəsində yaşayır. O, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Bıçaq xəsarəti alan U.Umudov isə Laçın rayonunun Şəlvə kəndindən məcburi köçkündür, Ağdam ərazisindəki Baharlı qəsəbəsində məskunlaşıb.
Faktla bağlı araşdırma aparılır.
Teqlər: