Zabitlər həbs edildi

Zabitlər həbs edildi
  26 Mart 2013    Oxunub:1485
N saylı hərbi hissənin podpolkovniki və anbardarı həbs edilib
Ermənistan hərbi hissələrində əsgərlərə mal əti əvəzinə camış əti verilməsi məsələsi ilə bağlı cinayət işi çərçivəsində N saylı hərbi hissənin podpolkovniki və anbardarı həbs edilib. Onlar Ermənistan Cinayət Məcəlləsinin 367-ci maddəsinin 2-ci bəndinə( vəzifəsinə qeyr-ciddi yanaşma) əsasən ittiham edilir.

Qeyd edək ki, 29.08.2012 tarixində OOO-nun direktoru A. Ohancanyan da həbs edilib. O, əsgərlər üçün nəzərdə tutulmuş küllü miqdarda malı mənimsəməkdə günahlandırılır.

Bir müddət əvvəl isə N saylı hərbi hissənin komandanı onun müavini və daha bir neçə mayor barəsində də cinayət işi qaldırılıb.

AzVİsion.az


Teqlər:  





Xəbər lenti