MTN-nin keçmiş müavinindən “casus” açıqlaması
O vurğulayıb ki, X,İsmayılın iddiası ilə gizli məlumatların MTN tərəfindən yayıldığını sübut edən fakt yoxdur.
“Mən Xədicə xanımın yaydığı məlumatla tanış oldum, onun özü də bu sənədin dəqiqliyinə şübhə ilə yanaşır. Çünki həmin sənədi MTN işçisi onunla şəxsən görüşüb təqdim etməyib, sadəcə hanısısa vasitə ilə ona yollayıblar. Həmin işçinin həqiqətən MTN əməkdaşı olduğunu, yaxud da həmin sənədin həqiqiliyini necə yoxlamaq olar?”
Qeyd edək ki, jurnalist Xədicə İsmayıl mətbuatda böyük qalmaqala səbəb olan “casus siyahısı”nın ona MTN-nin sabiq işçisi tərəfindən verildiyini iddia edib.
Fatimə Kərimli