MTN-dən “casus siyahısı” ilə bağlı AÇIQLAMA
AzVision.az Milli Təhlükəsizlik Nazirliyindən (MTN) münasibət öyrənib. MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev saytımıza açıqlamasında nazirliyin belə məsələyə münasibət bildirmədiyini qeyd edib:
“Biz qəzet yazılarına və jurnalist fikirlərinə şərh vermirik”,-deyə A.Babayev əlavə edib.
Xatıradaq ki, Eynulla Fətullayev rəhbərlik etdiyi virtualaz.org saytında sensasion sayıla biləcək məqalə ilə çıxış edib. "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı..." adlı yazıda Xədicə İsmayılovanın hazırladığı bildirilən hesabatda hakimiyyətə çalışan siyasətçilərin adları qeyd edilib. Sözügedən məsələ siyasi arenada böyük rezonans yaradıb.
Sevinc İltifatqızı